Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 13:12
Ermənistan gələn il hərbi xərclərini artıracaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Vaqe Hovannisyan parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Ermənistan büdcəsindən müdafiə xərcləri üçün ayrılacaq vəsait 2024-cü ildə 1,4 milyard dolları keçəcək.
"2024-cü ildə Ermənistanın müdafiə büdcəsi 555 milyard dram (təxminən 1,4 milyard dollardan artıq) təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 7 faiz çoxdur", - Hovannisyan bildirib.
Erməni nazir həmçinin əlavə edib ki, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5,3 faizini təşkil edəcək.