Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdi - FOTO

Tarix: 8 Noyabr 2023 22:57

"Bəxt cənabları" filmindəki rolu ilə tanınan sovet rus teatr və kino aktyoru Anatoli Yabbarov vəfat edib.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə "Kino-teatr.ru" portalı məlumat yayıb.

Anatoli Yabbarov 1937-ci il avqustun 24-də Bakıda çoxuşaqlı ailədə anadan olub. 1959-cu ildə 22 yaşında Aşqabadda Puşkin adına Rus Dram Teatrında işləməyə başlayıb, 1962-ci ilə qədər üç il burada çalışıb. 1966-cı ildə GİTİS teatr məktəbini (İ.M.Raevski və N.V.Pajitninin kursu) bitirib.

Teatr universitetinin 2-ci kurs tələbəsi olan aktyor filmlərdə rol almağa başlayıb. Onun debüt işi 1964-cü ildə rejissor Qriqori Çuxrayın çəkdiyi "Bir vaxtlar qoca və qarı var idi" filmindəki rolu olub. Aktyor daha çox epizodik obrazlar oynamasına baxmayaraq, tamaşaçı üçün həmişə parlaq və yaddaqalan olub.

2020-ci ilə qədər Yabbarov filmlərdə rol almağa davam edilib. "Həbsxanadan qaçış", "Günəşsiz", "Qurdun izində", "Qaçarkən" və bir çox digər ekan əsərləri ona böyük şöhrət gətirib. Aktyorun ekrandakı son işi "Unudulmuş müharibə" (2020) filmi olub.

1966-cı ildə aktyor sənət sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının əməkdar artisti adına layiq görülüb. 2011-ci ildə milli mədəniyyətin və incəsənətin inkişafında böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Məşhur aktyor vəfat etdi FOTO


RƏYLƏR