Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 07:26
Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub. Təbiət hadisəsi 05:32-də (Bakı vaxtı ilə 06:32-də) qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.