Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymarın sevgilisini və qızını qaçırmaq istədilər - FOTO

Neymarın sevgilisini və qızını qaçırmaq istədilər - FOTO

Tarix: 9 Noyabr 2023 17:12

Braziliyalı futbolçu Neymarın sevgilisinin evinə oğru girib. 

Milli.Az olke.az-a istinadən bildirir ki, üç silahlı şəxs Bruna Biankardinin valideynlərinin əllərini bağlayaraq pul kisəsini, saatını və zinət əşyalarını oğurlayıb.

Neymarın yeni doğulan qızı Mevi və körpənin anası Biankardini soruşaraq qaçırmağa cəhd edən silahlı şəxslər qonşuların polisə zəng etməsindən sonra qaçıblar.

Hadisə ilə bağlı 3 silahlı şəxsdən biri - 20 yaşlı gənc həbs edilib, ikincisinin şəxsiyyəti müəyyən edilib, üçüncüsünün kimliyi isə araşdırılır.

Neymar hadisə ilə bağlı "Şükür, hər kəs yaxşıdır" sözlərini yazıb.

Milli.Az


Etiketlər:  Neymarın sevgilisini qızını qaçırmaq istədilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ