Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?

Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?

Tarix: 9 Noyabr 2023 17:16

Fransanın "Lion" futbol klubu "Marsel" azarkeşlərinin komanda avtobusuna hücumu ilə bağlı intizam komissiyasının qərarından apellyasiya şikayəti verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fransa Liqa 1 hadisəyə görə "Marsel" klubuna cəza tətbiq etməməyi qərara alıb. "Lion"da isə bu fikirdədirlər ki, qərar ədalətsizdir, çünki hadisə klubun bütün üzvlərinə və azarkeşlərinə ciddi təsir edib.

Xatırladaq ki, oktyabrın 29-da keçirilməli olan görüş "Marsel" azarkeşlərinin "Lion"un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Hadisə zamanı qonaqların baş məşqçisi Fabio Qrosso üzündən, köməkçisi Raffaele Lonqo gözlərindən xəsarət alıb. Fransa Liqa 1-in X turu çərçivəsində keçirilməli olan qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

Milli.Az


Etiketlər:  Fransa Liqa 1 qalmaqal Azarkeş vandallığına göz yumulub


RƏYLƏR