Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüs Uillisin qızı atasının səhhətindən danışdı

Brüs Uillisin qızı atasının səhhətindən danışdı

Tarix: 9 Noyabr 2023 17:56

ABŞ-li aktyor Brüs Uillisin qızı Tallula Uillis frontotemporal demensiya (FTD) diaqnozu qoyulan atasının durumundan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun sözlərini "Page Six" nəşri yayıb.

"Onun vəziyyəti hələ də eynidir və düşünürəm ki, bu, istəyə biləcəyiniz ən yaxşı şeydir. Onun yanında olanda sevgini görürəm. Bu mənim atamdır, o məni sevir və bu, həqiqətən də xüsusi hissdir", - Tallula Uillis bildirib.

Qeyd edək ki, "Die Hard" filmi ilə tanınan Brüs Uillis səhhətində yaranan problemlərə görə 2022-ci ildə kino karyerasını tərk etmək məcburiyyətində qalıb.

Milli.Az


Etiketlər:  Brüs Uillisin qızı atasının səhhətindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ