Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tacikistanda Ümummilli Liderin 100 illik yubileyi və Zəfər Günü qeyd olundu - FOTO

Tacikistanda Ümummilli Liderin 100 illik yubileyi və Zəfər Günü qeyd olundu - FOTO

Tarix: 9 Noyabr 2023 18:14

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

Səfirlikdən Sonxeber.net-a bildirilib ki, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştikarçılarına Ulu Öndər Heydər Əliyev haqqında məlumat verərək, Ümummilli Liderin Azərbaycanın müasir tarixinin simvoluna çevrildiyini bildirib. O, Ulu Öndərin fədakarcasına xidmət etdiyi ölkədə güclü dövlət yaratdığını, 44 günlük müharibə zamanı bütün dünyanı heyran edən müasir Azərbaycan Ordusunun əsasını qoyduğunu vurğulayıb.

Səfir üç il əvvəl Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyduğunu bildirərək qeyd edib: "Zəfər Gününün builki ildönümü həm də ona görə əlamətdardır ki, Azərbaycan sentyabrın 20-də 23 saat davam edən antiterror tədbirlərinin yekunları nəticəsində bütün ölkə ərazisində tam suverenliyini təmin etdikdən sonra keçirilir.

Qarabağın tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən diplomat əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaq olduğunu bildirib.

Azərbaycanın öz ərazilərini azad etməsinə baxmayaraq, hələ də erməni işğalının mənfi nəticələri ilə mübarizə apardığını, tamamilə dağılmış infrastrukturun və ekosistemlərin bərpasının uzun illər və xeyli vəsait tələb etdiyini deyən səfir tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, Azərbaycana mina problemini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dollarından çox vəsait lazımdır.

Daha sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı hesabına əldə edilən şanlı Qələbəmizdən bəhs edən qısametrajlı sənədli filmlər nümayiş olunub.

Tacikistanda tanınmış Azərbaycan və tacik mahnılarının ifaçısı Rüstəm İsoyev Azərbaycan mahnılarını ifa edib, milli musiqimiz səsləndirilib və Tacikistanın rəqs qrupu tərəfindən milli rəqslərimiz ifa olunub.


Etiketlər:  Tacikistanda Ümummilli Liderin illik yubileyi Zəfər Günü qeyd olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ