Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər il 65 min uşaq 5 yaşına çatmamış ölür - ŞOK SƏBƏB

Hər il 65 min uşaq 5 yaşına çatmamış ölür - ŞOK SƏBƏB

Tarix: 9 Noyabr 2023 21:36

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır.

Sonxeber.net sağlamolun.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün məhsulları istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.

Hər il tütün məhsulları istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünə məruz qalanlardır.

Təxminən 700 milyon uşaq tütün tüstüsünə məruz qalır.  Hər il tütün tüstüsünə məruz qalan 65 000 uşaq  tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.

ÜST 30 yaşlarında siqaretdən imtina edənlərin ömrünün 10 il uzandığına diqqət çəkir.


Etiketlər:  Hər uşaq yaşına çatmamış ölür ŞOK SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ