Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 09:54
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.
Sonxeber.net olke.az-a istinadən bildirir ki, 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.
Atatürk 1881-ci ildə Selanikdə anadan olub.
Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı şagirdinə "Kamal" adını qoyub.
1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cümhurbaşkanı). 1938-ci ilə, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə dövlət başçısı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan prezident olub.
1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala "Marşal" və "Qazi" rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla "Atatürk" soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.
Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.