Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan bu tarixdə tam olaraq fiber-optikə keçid edəcək

Azərbaycan bu tarixdə tam olaraq fiber-optikə keçid edəcək

Tarix: 10 Noyabr 2023 16:42

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Layihə çərçivəsində bölgələrdə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir və görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Bu barədə "Aztelekom"dan bildirilib.

Qeyd olunub ki, burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Qeyd edək ki, "Onlayn Azərbaycan" layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Milli.Az


Etiketlər:  Azərbaycan bu tarixdə tam olaraq fiber optikə keçid edəcək


RƏYLƏR