Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 07:32
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel dekabrın 7-8-də Avropa İttifaqı-Çin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində bildirib.
"Dekabrın 7 və 8-də Çin Xalq Respublikasının Sədri Si Cinpin və onun komandaları ilə ikitərəfli sammitimiz olacaq. Avropa Şurası aylardır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqeyi hazırlayır.
Bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan balanslaşdırılmış mövqedir. Brüssel Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri balanslaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək niyyətindədir.
Digər tərəfdən, biz iqlim dəyişikliyi kimi qlobal məsələlərdə, eləcə də geosiyasi mövzularda Çinlə əməkdaşlıq etməyə çalışırıq. Biz Çini daha çox cəlbedici rol oynamağa təşviq etmək istəyirik ki, o, Rusiya üzərində öz təsirindən daha çox istifadə etsin"-deyə, o bildirib.
O, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin də daxil olacağına aydınlıq gətirib.