Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

260 il əvvəl yazılan məktublar: Sevgi mesajları, qayğı, giley...

260 il əvvəl yazılan məktublar: Sevgi mesajları, qayğı, giley...

Tarix: 11 Noyabr 2023 09:22

260 il əvvəl Britaniya əsgərləri tərəfindən əsir götürülən fransız dənizçilərinə yaxınları tərəfindən yazılan məktublar aşkarlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, göndərildiyi gündən bəri açılmayan məktublar anbarı Böyük Britaniyada bir arxivdə ilk dəfə aşkar edilib.

Məktublar 1758-ci ildə Yeddiillik Müharibə zamanı ingilislər tərəfindən ələ keçirildikdən sonra həbs edilən Fransız gəmisi "Galatea"nın ekipajı üçün nəzərdə tutulub. Məhkumların qohumlarından məktublar alan yerli hakimiyyət yazışmaların heç bir hərbi dəyəri olmadığını müəyyən edərək onları sahiblərinə çatdırmayıb. Beləliklə, oxunmayan məktublar, London Milli Arxivində Kembric Universitetinin professoru Renaud Maurier tərəfindən təsadüfən aşkarlanana qədər unudulub.

Üzə çıxan 100-dən çox məktubda çox sayda romantik sevgi mesajları, eləcə də dənizçi analarının övladlarına yazdığı qayğı və həyəcan dolu sözlər yer alıb. Məsələn, məktubların birində gənc dənizçinin anası Nikolas Quesnel oğluna məktub yazaraq onun anasından daha çox nişanlısına yazmasından şikayətlənib.

Milli.Az


Etiketlər:  260 il əvvəl yazılan məktublar Sevgi mesajları qayğı giley


RƏYLƏR