Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şevçenko müasir futbolda bəyəndiyi hücumçunun adını çəkdi

Şevçenko müasir futbolda bəyəndiyi hücumçunun adını çəkdi

Tarix: 11 Noyabr 2023 18:20

Ukrayna millisinin sabiq baş məşqçisi və əsasən "Milan"dakı çıxışı ilə yaddaşlarda qalan Andrey Şevçenko PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin oyununu bəyəndiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Hazırda oynayan hücumçulardan Mbappeni çox bəyənirəm. Onun həmişə oyunu diqqətlə izləməsi, rəqibi güdməsi və şansını axtarması xoşuma gəlir.

O, çox sürətlidir, amma onu təsirli edən onun hərəkət keyfiyyəti, sağ-sol istiqamətlərdə hərəkət edə bilməsi və boş zona yaranan kimi hər iki ayağı ilə dəqiq zərbə vura bilməsidir", - deyə keçmiş ukraynalı futbolçu K.Mbappe haqqında danışarkən vurğulayıb.

Milli.Az


Etiketlər:  Şevçenko müasir futbolda bəyəndiyi hücumçunun adını çəkdi


RƏYLƏR