Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' doğma meydanda ''Sumqayıt''la bacarmadı

''Neftçi'' doğma meydanda ''Sumqayıt''la bacarmadı

Tarix: 11 Noyabr 2023 19:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədən tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat "Sumqayıt"ın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədəki "Səbail"ə çatıb. "Ağ-qaralar" 18 xalla altıncı sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Səbail" oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.


Etiketlər:  Neftçi doğma meydanda Sumqayıtla bacarmadı


RƏYLƏR