Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtkin düşən 3 uşaq atasının yanmış meyiti tapıldı

İtkin düşən 3 uşaq atasının yanmış meyiti tapıldı

Tarix: 11 Noyabr 2023 19:28

Əfqanistan vətəndaşının yanmış meyiti meşəlik ərazidə tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Zonguldak rayonunun Kırat məhəlləsində baş verib. 3 uşaq atası olan 50 yaşlı Vəzir Məhəmməd Nourtaninin itkin düşməsi barədə ailəsi polisə müraciət edib.

Həmin gün onun meyitinin yol kənarında, meşəlik ərazidə yanmış halda tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırma zamanı onun yaxınlıqdakı qanunsuz mədəndə çalışdığı müəyyənləşib.

Hadisə ilə əlaqədar mədənin sahibi də daxil olmaqla 6 nəfər saxlanılıb. Kişinin meyit tapılan yerdə ölmədiyi, sonradan buraya atıldığı üzə çıxıb. Onun həmçinin iş zamanı qəza nəticəsində ölməsi də ehtimal olunur.

Hələlik əfqan vətəndaşın cinayət yaxud iş qəzası nəticəsində ölməsi bilinmir.

Milli.Az


Etiketlər:  İtkin düşən 3 uşaq atasının yanmış meyiti tapıldı


RƏYLƏR