Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər bu ölkələrə xəbərdarlıq etdilər

Alimlər bu ölkələrə xəbərdarlıq etdilər

Tarix: 12 Noyabr 2023 11:20

ABŞ-nin Konnektikut ştatındakı Yel İctimai Səhiyyə Məktəbindən olan amerikalı alimlər supertif kimi tanınan geniş dərman çeşidinə davamlılığına malik qarın yatalağının alovlanmasının ilk növbədə hansı ölkələrə təhlükə yaratdığını müəyyən ediblər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

Qarın yatalağına "Salmonella Typhi" (S. Typhi) bakteriyası səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verilənlərinə görə, 2019-cu ildə 9 milyon insan bu xəstəlikdən əziyyət çəkib. Xəstəlik 110 min insanın həyatına son qoyub.

"S. Typhi"nin geniş dərman çeşidinə davamlı ştamı 2016-cı ildə Pakistanda ortaya çıxıb və o vaxtdan ölkədə patogenin ən çox yayılmış variantına çevrilib. Yatalağın su və tərkibində "S.Typhi" olan nəcislə çirklənmiş qida vasitəsilə yayıldığına görə sanitar və təmiz su səviyyəsi yüksək olan ölkələrdə onun yayılması ehtimalı azdır.

Araşdırmaçılar səylərin hara yönəldiləcəyini daha yaxşı anlamaq üçün Pakistandan gələn aviasəyahətlərin sayını digər ölkələrdə illik qarın yatalağı xəstəliyinə dair üç dəst hesablama ilə müqayisə edərək, böyük alovlanma və ya supertifin davamlı ötürülməsi ehtimalı yüksək olanları müəyyən ediblər.

Təhlil zamanı müəyyən edilmiş ən həssas ölkələrin ilk onluğu Əfqanıstan, Banqladeş, Hindistan, Şri-Lanka, İndoneziya, Malayziya, Filippin, Tailand, Uqanda və Keniya olub. Elm adamları qeyd ediblər ki, Əfqanıstan Pakistandan gələnlərin çoxluğu, habelə səhiyyə və humanitar yardım sahəsində böhran səbəbindən xüsusilə həssas olaraq qalır.


Etiketlər:  Alimlər ölkələrə xəbərdarlıq etdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ