Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev işıqsız qaldı

Kiyev işıqsız qaldı

Tarix: 12 Noyabr 2023 16:10

Ukraynanın paytaxtı Kiyevin bir neçə bölgəsində pis hava şəraiti səbəbindən elektrik enerjisi kəsilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bundan əvvəl şəhər rəhbərliyi yerli sakinlərə naqilləri qıra biləcək güclü yağış və külək barədə xəbərdarlıq edib.

Vətəndaşlardan küçəyə çıxarkən hava şəraitini nəzərə almaları xahiş olunub.

Eyni zamanda Kiyevin üç rayonu yağıntılar səbəbindən su altında qalıb.

Milli.Az


Etiketlər:  Kiyev işıqsız qaldı


RƏYLƏR