Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 21:28
Fransız siyasətçilər Qəzzada İsrail-Həmas müharibəsi fonunda antisemitizmin artmasına etiraz etmək üçün Parisdə on minlərlə insana qoşulublar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Fransanın Baş naziri Elizabet Born, bir sıra solçu partiyaların nümayəndələri və ifrat sağçı lider Marin Le Pen bazar günü Fransa paytaxtında sərt təhlükəsizlik tədbirləri şəraitində keçirilən yürüşdə iştirak ediblər.
Ölkə Prezidenti Emmanuel Makron tədbirdə iştirak etməyib, lakin o, etirazı dəstəklədiyini bildirib və vətəndaşları "tükənmiş antisemitizmin dözülməz artımına" qarşı ayağa qalxmağa çağırıb.
Qeyd edək ki, son bir ay ərzində ölkə üzrə yəhudilərə qarşı 1000-dən çox zorakılıq aktı qeydə alınıb. Makron da bundan narahatlığını xalqa müraciətində bu sözlərlə bildirmişdi: "Fransada yaşayan yəhudilər qorxu içindədirlər. Yəhudilər uşaqlarını məktəbə aparmağa, gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün qorxu hissi keçirdikləri ölkə Fransa olmamalıdır. Bu, həmin Fransa deyil".
Görünür, Makron həm xarici, həm də daxili siyasətdə ciddi yanlışlıqlara yol verdiyini anlayır, amma özünü dəyişə bilmir.