Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem'' Son üçün psixoloq ayıracaq

''Tottenhem'' Son üçün psixoloq ayıracaq

Tarix: 5 Noyabr 2019 01:52

İngiltərə Premyer Liqasının son turunda top uğrunda mübarizə zamanı “Everton”un futbolçusu Andre Qomeşin ayağını qıran “Tottenhem”in oyunçusu Son Hın Min depressiyaya düşüb.

Qol.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, hadisənin təsirindən çıxa bilməyən cənubi koreyalı yarımmüdafiəçinin həkimlərin köməyinə ehtiyacı var.
 
Buna görə də, “Tottenhem”in Son üçün xüsusi psixoloq ayıracağı bildirilir. London klubunda psixoloq olsa da, onun üçün başqa həkim də ayrılacaq.

Xatırladaq ki, oyun zamanı rəqibinin qorxunc zədəsini görən Son Hın Min göz yaşlarını saxlaya bilməyib, oyunda sonra isə özünə qapanıb, tək qalmaq istədiyini bildirib.
 


Etiketlər:  Tottenhem üçün psixoloq ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ