Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ət məhsulları bahalaşdı

Azərbaycanda ət məhsulları bahalaşdı

Tarix: 13 Noyabr 2023 14:54

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən bəzi ərzaq məhsullarının qiyməti qalxıb.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq bülletenində yer alır. 

Qeyd olunur ki, daha çox düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin qiymətində artım müşahidə olunub.

Ucuzlaşma isə əsasən, manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində qeydə alınıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Etiketlər:  Azərbaycanda məhsulları bahalaşdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ