Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçənglə mübarizəsi ilə örnək olan fenomen vəfat etdi - FOTO

Xərçənglə mübarizəsi ilə örnək olan fenomen vəfat etdi - FOTO

Tarix: 13 Noyabr 2023 19:40

Xərçənglə mübarizə aparan bir uşaq anası fenomen Ayşenur Parlak 37 yaşında dünyasını dəyişdi.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,12 yaşında sümük xərçəngi diaqnozu qoyulan və sonrakı illərdə iki dəfə döş xərçəngi, limfoma və nəhayət kolon xərçənginə qalib gələn sosial media fenomeni Ayşenur Parlak həyat mübarizəsini itirib.

Qaraciyərində aşkarlanan xərçəng səbəbiylə bir müddət xəstəxanada yatan Parlakın ölüm xəbərini verən həyat yoldaşı, "İllərdir dua edirdim ki, bu xəbəri göndərmə, kaş birinci mən gedəydim. " deyib.

Xərçənglə mübarizəsi ilə yüz minlərlə izləyicisinə örnək olan Parlakın vəfatı ailəsini və yaxınlarını darmadağın edib.

Milli.Az


Etiketlər:  Xərçənglə mübarizəsi ilə örnək olan fenomen vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ