Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geyiminə görə qovuldu: Di Kaprionun sevgilisi göz yaşları içində - FOTOlar

Geyiminə görə qovuldu: Di Kaprionun sevgilisi  göz yaşları içində - FOTOlar

Tarix: 14 Noyabr 2023 10:55

Hollivud ulduzu Leonardo Di Kaprio 49 yaşını təntənəli şəkildə qeyd edib. Santa Monikada (ABŞ) məşhur italyan restoranı "Giorgio Baldi"də təşkil edilən şənlikdə Hollivud ulduzları Salma Hayek, Rita Ora, Tayka Vaytiti, Keysi Afflek nişanlısı Keyli Kouenlə birlikdə, Keyt Bekinseyl və digər məşhurlar olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bütün ulduzlar gecəyə ən təxribatçı geyimlərdə gəliblər. Yerli insayderlərin dili ilə desək, geyim kodu "ətək nə qədər qısadırsa, o qədər yaxşıdır" olub.

Ancaq Di Kaprionun sevgilisi, tanınmış model Vittoria Çeretti belə bir hadisə üçün olduqca qəribə geyimdə olub: O, geniş çirkli cins şalvar, ağ top və boş qara gödəkçə ilə tədbirə qatılıb.

İnsayderlərin dediyinə görə, parlaq qonaqlar fonunda tamamilə görünməz qalan Vittoria bütün axşam kədərli görünüb və Leonardo ilə demək olar ki, ünsiyyətdə olmayıb. Daha sonra paparatsiyalar Çerettinin hamıdan əvvəl "tək və az qala ağlayaraq" tədbiri tərk etdiyini bildiriblər.


Etiketlər:  Geyiminə görə qovuldu Kaprionun sevgilisi göz yaşları içində FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ