Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 12:45
"Efirlərimiz niyə bu günə qalıb. Kanalların hamısı bir-birinin bəhsinə, reytinq xətrinə bütün tərbiyəsizlikləri edirlər. Heç kim buna nəzarət etmir".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə paylaşdığı postda yazıb.
Sənətçi son günlər efirlərdə müzakirəyə çıxardan qalmaqallı ailə dramlarını şiddətli şəkildə qınayıb:
"Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqır-bağır salıb bir-birinin üstünə hücüm çəkib, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti? Bu biabırçılığa nə zaman son qoyulacaq. Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə. Biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışmırsız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis insan. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı. Əvvəllər arvadı pis yola düşən kişi gizlənirdi, indikilər efirə çıxıb deyir "papağıma söyün". Azərbaycan kişiləri bunlar deyil. Bizim kişilərin qeyrəti, namusu, şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxarırsız ora. Bazardı elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır".