Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Yunanıstanın baş naziri ilə görüşəcək

Ərdoğan Yunanıstanın baş naziri ilə görüşəcək

Tarix: 14 Noyabr 2023 21:48

Yunanıstanın baş naziri Kiriakos Miçotakis dekabr ayında Yunanıstanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, Miçotakis Almaniyanın paytaxtı Berlində təşkil edilən paneldə Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı açıqlamalar verib.

"Son bir neçə ayda münasibətlərimizdə ciddi yumşalma müşahidə etdik. Yaxın Şərqdəki son böhrandan əvvəl prezident Ərdoğanla iki dəfə görüşdüm. Münasibətlərimizi normallaşdırmaq istəyirik",- deyə o bildirib.

Miçotakis qeyd edib ki, prezident Ərdoğanın HƏMAS ilə bağlı söylədiyi fikirlərlə razılaşmıram. Ancaq bu, bizim Yunanıstanda görüşməməyimiz üçün bir səbəb deyil. İkitərəfli əlaqələrimizdən və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrdən danışacağıq.

Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.

Milli.Az


Etiketlər:  Ərdoğan Yunanıstanın baş naziri ilə görüşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ