Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barmaqları hərəkət etdirməkdə çətinlik çəkənlərin nəzərinə, bu... - FOTO

Barmaqları hərəkət etdirməkdə çətinlik çəkənlərin nəzərinə, bu... - FOTO

Tarix: 15 Noyabr 2023 00:48

Barmaqların hərəkət etdirilməsində, tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, "Düpüytren kontrakturası" (ovuc fibromatozu) adlı xəstəliyin əlamətləri ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər gündəlik həyat fəaliyyətlərini məhdudlaşdıran bu xəstəliklə bağlı kritik xəbərdarlıq edirlər.

Bu barədə türkiyəli cərrahiyyə mütəxəssisi Kadir Uzel məlumat verib.

Kadir Uzelin sözlərinə görə, "Düpüytren kontrakturası"na daha çox kişilərdə rast gəlinir.

"Bu xəstəlik ovuc içində dərinin altında yerləşən və fasya adlanan toxumanın anormal dərəcədə qalınlaşmasından yaranır. Bu toxumanın qalınlaşması və qısalması nəticəsində sərtləşmiş fibrotik maneə və düyün yaranır ki, bu da barmaqların bükülməsini, hərəkət etdirilməsini çətinləşdirir. Bu xəstəlik əsasən 40 yaşdan sonra müşahidə olunur. Səbəbi isə dəqiq məlum deyil. Kişilərdə qadınlara nisbətən təxminən 10 dəfə daha çox rast gəlinir. Diabet xəstələrində, epilepsiya, xroniki qaraciyər xəstəliyi olanlarda və alkoqol aludəçilərində daha çox meydana gəlir", - deyə mütəxəssis bildirib.

"Hər iki əldə də yarana biləcək bu xəstəliyin ilkin mərhələsində ovuc içində ağrısız, düyün adlanan sərt şişlər peyda olur. Xəstəlik irəlilədikcə ovuc içərisində fibrotik maneələr əmələ gəlir. Nəticədə xəstədə barmağın bükülməsi və tam açılmaması kimi şikayətlər yaranır. Bu səbəbdən də xəstə barmağını qaldırmaq, alqışlamaq, əlini cibinə salmaq, əşyaları tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkməyə başlayır", - deyə Kadir Uzel qeyd edib.

Mütəxəssis vurğulayıb ki, gecikmiş hallarda əməliyyatdan sonra müvəffəqiyyət nisbəti də azalır.

Milli.Az


Etiketlər:  Barmaqları hərəkət etdirməkdə çətinlik çəkənlərin nəzərinə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ