Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan bu dünyada qəribdir

İnsan bu dünyada qəribdir

Tarix: 15 Noyabr 2023 04:02

İnsan bu dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. O Cənnət ki, Allah atamız Adəmi ora­dan bu dünyaya endirmişdir. Həmçinin, insan bu dünyada müsafirdir. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Odur ki, müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin.

"Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur" (Ğafir, 39).
     Abdullah ibn Ömər demişdir: "Bir dəfə Pey­ğəm­bər salləllahu aleyhi və səlləm mənim çiynimdən tutub dedi: "Dünyada qərib, yaxud müsafir kimi ol!" (Hədisi danışan ravilərdən biri) demişdir: "İbn Ömər deyərdi: "Axşama çıx­dı­ğın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman da axşamı gözləmə! Sağ­lam­lı­ğın­dan xəstəliyin üçün və həya­tın­dan vəfatın üçün tədarük et!" (əl-Buxari, 6416).


Etiketlər:  İnsan dünyada qəribdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ