Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 07:34
2025-ci ildə Qazaxıstan hakimiyyəti yeni hərbi xidmət növünü tətbiq etməyi planlaşdırır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, bu xidmət növü hərbi komissarlıqları cəlb etmədən birbaşa səfərbərliyə imkan verəcək.
Qazax deputat Ermurat Bapi yerli KİV-ə bildirib ki, bu qanun layihəsinin qəbulu Qazaxıstan Silahlı Qüvvələrinin əlavə komplektləşməsi zərurəti ilə bağlıdır.
O iddia edir ki, bu qanun qəbul olunarsa, ölkədə hərbi komissarlıqlar vasitəsilə deyil, birbaşa səfərbərlik olacaq. Bapi qeyd edib ki, əgər hərbi qulluqçu ehtiyatdadırsa, həyəcan siqnalı günü, müharibə şəraitində və ya hər hansı bir təhlükə yarandıqda, çağırılmadan dərhal əvvəl təlim keçdiyi hərbi hissəyə gələ və orada döyüş tapşırığını yerinə yetirməyə başlaya bilər.
Parlamentarinin sözlərinə görə, qanun qəbul olunarsa, Qazaxıstan ordusunun qısa müddətdə silahlanmasına imkan verəcək. O, 50 yaşınadək respublika vətəndaşlarının (əsgər və çavuşlar) və 60 yaşınadək zabitlərin könüllülük əsasında xidmətə qəbul olunacağına aydınlıq gətirib.