Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"dən 15 yaşlı futbolçu üçün rekord transfer TƏKLİFİ

Tarix: 15 Noyabr 2023 19:22

"Mançester Siti" "Lids Yunayted"də çıxış edən 15 yaşlı futbolçu Finli Qormanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsüm heç bir kuboku geridə qoymayan "Mançester Siti" rekord transfer üçün hazırlıqlara başlayıb.

İngiltərə nəhəngi "Lids Yunayted"in 15 yaşlı futbolçusu Finli Qorman üçün görünməmiş təklif hazırlayır.

"The Athletic"də çıxan xəbərə görə, "Mançester Siti" "Lids Yunayted"in 15 yaşlı gənc futbolçusu Finli Qorman üçün 7 rəqəmli transfer haqqı ödəyib.

Transfer baş tutsa, Qorman öz yaş qrupunda ən bahalı transfer olacaq.

Milli.Az


Etiketlər:  Mançester Sitidən 15 yaşlı futbolçu üçün rekord transfer TƏKLİFİ


RƏYLƏR