Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afaq Bəşirqızı: “Bizim sənətimizdə pul yoxdur” – VİDEO

Afaq Bəşirqızı: “Bizim sənətimizdə pul yoxdur” – VİDEO

Tarix: 15 Noyabr 2023 21:40

"İndiki bu çətin zamanda insanların gülüşə, təbəssümə çox ehtiyacı var. Amma həmin insanlar bir neçə gün keçir, deyirlər ki, biz nəyə güldük? Onlar nə deyirdilər? Bütün həmkarlarıma yaşından asılı olmayaraq, arzu edirəm ki, güldürdükləri kimi düşündürsünlər". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Gündən-günə" verilişində deyib. 

68 yaşlı sənətkar bildirib ki, aktyor peşəsində pul yoxdur: 

"Bizim çox istedadlı aktyorlarımız var. Onlar yetişirlər. Əgər onlar məbəddə (teatrı nəzərdə tutur - red.) işləməsələr və rejissorların nəzarətində olmasalar, tam sənəti dərk etməyəcəklər. Bizim sənətimizdə pul yoxdur. Düzdür, Musiqili və Opera teatrında fərli maaş var. Amma... O hisslər ki, insanlarda bura niyə gəldim, nəyə baxdım, niyə güldüm... İstəmirəm, belə suallar olsun. Çünki o mənə də toxunur. Getmisən, baxmısan, xoşuna gəlib, indi isə deyirsən ki, mən nəyə güldüm. Bunu sən özün özlüyündə təhlil et ki, niyə getdin, baxdın və güldün. Gülməsin də nə etsin, hara getsin? O da var... Bəs, hara getsin, kimə gülsün?" 


Etiketlər:  Afaq Bəşirqızı Bizim sənətimizdə yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ