Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvadan İrəvana daha bir xəbərdarlıq: Ciddi risk edirsiniz

Moskvadan İrəvana daha bir xəbərdarlıq: Ciddi risk edirsiniz

Tarix: 15 Noyabr 2023 23:08

Üçtərəfli sazişlər çərçivəsindən kənarda ABŞ və Aİ-nin göstərişi ilə Ermənistan ciddi riskə gedir və regional infrastrukturdan kənarda qala bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"ABŞ və Aİ bir çox yerlərdə qarant rolunda çıxış edirlər, lakin müsbət bir şey edə bilmirlər. Çox vaxt onlar çox şey vəd edir, az iş görür və vəziyyətdən yalnız öz məqsədləri üçün istifadə edirlər. Rusiyaya nifrət onların gündəmindədir, anti-Rusiya addımları onlar üçün yol xəritəsidir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

"ABŞ və Aİ region ölkələrinin gələcəyinə biganədir. onların məqsədi hamını bir-birinə qarşı qoymaqdır",- deyə Zaxarova əlavə edib.


Etiketlər:  Moskvadan İrəvana daha xəbərdarlıq Ciddi risk edirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ