Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır

Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır

Tarix: 5 Noyabr 2019 11:33

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, o, 1981-ci il təvəllüdlü Valehov Baxşehiş Yarqoca oğludur. Ona çanaq sümüyünün və qabırğaların sınığı diaqnozu qoyulub. B.Valehov reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda avtomobilin vurduğu yaşlı kişinin vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ