Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi çətin sınaq qarşısında

Azərbaycan millisi çətin sınaq qarşısında

Tarix: 16 Noyabr 2023 09:56

Bu gün futbol üzrə Azərbaycan millisi  AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gələcək.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi çətin sınaq qarşısında


RƏYLƏR