Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zenfira həyat yoldaşını “Instagram”da buna görə İZLƏMİR - VİDEO

Zenfira həyat yoldaşını “Instagram”da buna görə İZLƏMİR - VİDEO

Tarix: 16 Noyabr 2023 12:15

Müğənni Zenfira İbrahimova fitnes məşqçi, həyat yoldaşı Anar Heybətovla bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində əri Anarı "Instagram" sosial şəbəkə hesabında izləmədiyini bildirib. 

Zenfira bu addımının izahını belə verib: 

"Biz bir-birimizi "Instagram"da izləmirik. Çünki sahələrimiz ayrıdır. Mən şou-biznes, Anar isə idman... Anarı izləyənlər isə idman, avtomobil və şəxsi biznesi ilə əlaqədar insanlardır. Mənim onu izləməm xoşagəlməz olar. Mən isə şou-biznes nümayəndələrini izləyirəm. Məsələn Anar və mən oğlumuz İbrahimi izləsək də, amma o bizi izləmir.

Bu qanunu da əvvəldən qoymuşuq. Bunu nəyəsə xatir də etmirik. Ərimin səhifəsində idman edən oğlanları görmək məcburiyyətində deyiləm. O nöqtəyi-nəzərdən istəmirəm ki, nə o məni, nə də ki mən onu izləyim. Burada qısqanclıqdan da söhbət gedə bilməz. Harada sevgi varsa, orada da qısqanclıq var. Xahiş edirəm, ailə məsələlərindən danışmayaq". 

Milli.Az


Etiketlər:  Zenfira həyat yoldaşını Instagramda buna görə İZLƏMİR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ