Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 14:02
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronla görüşüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
O, naziri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona ilk xarici səfərinin Kiyevə olmasına görə təşəkkür edib.
"Bu, çox vacibdir, xüsusən indi dünya təkcə Ukraynadakı vəziyyətə diqqət yetirmir. Biz Ukraynaya göstərilən sarsılmaz dəstəyə, vətəndaşlarımızın səmimi qarşılanmasına görə Britaniyaya minnətdarıq. Ukraynaya gəldiyiniz üçün şadıq", - V.Zelenski vurğulayıb.