Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli məşhur aparıcı vəfat etdi

Türkiyəli məşhur aparıcı vəfat etdi

Tarix: 17 Noyabr 2023 07:40

Türkiyəli aparıcı və yazıçı Metin Uca 62 yaşında vəfat edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Ucanın ölüm xəbərini meneceri Kübra Kalem Baykara sosial şəbəkədə açıqlayıb.

"Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır", - menecer yazıb.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda avtomobil sürərkən aparıcının vəziyyəti anidən pisləşib və o, qəza törədib. Onun şah damarlarının tıxanmış olduğu ortaya çıxıb.

Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına "Anadolu" agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra "Kanal D", "Show TV", ATV və "Star TV"də davam etdirib. O, ilk növbədə, "Passaparola" verilişinin aparıcısı kimi tanınıb. Uca yazıçı kimi bir neçə kitabın müəllifidir.


Etiketlər:  Türkiyəli məşhur aparıcı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ