Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''da süni intellektlə bağlı YENİLİK - FOTO

''WhatsApp''da süni intellektlə bağlı YENİLİK - FOTO

Tarix: 17 Noyabr 2023 16:08

"WhatsApp" messencerinin beta versiyasında indi süni intellektə əsaslanan yazışmanı işə salmaq üçün düymə mövcuddur.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə məlumat "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik messencerin "Android" üçün 2.23.24.26 nömrəli beta versiyasında müşahidə edilib.

İndi "Söhbətlər" pəncərəsində yeni dialoq yaratmaq üçün düymənin üstündə AI ilə söhbətlərə start verən kəsə yol var.

Üstəlik, hazırda yalnız məhdud sayda istifadəçinin süni intellektlə söhbətlərə girişi mümkündür.

Xatırladaq ki, "WhatsApp" generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib.


Etiketlər:  WhatsAppda süni intellektlə bağlı YENİLİK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ