Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hizbullah” üç İsrail hərbi məntəqəsinə hücum etdi

“Hizbullah” üç İsrail hərbi məntəqəsinə hücum etdi

Tarix: 17 Noyabr 2023 18:54

Livandakı "Hizbullah" hərəkatı sərhəddəki üç İsrail hərbi məntəqəsinə hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hizbullah" yazılı açıqlama verib.

Açıqlamada İsrailin sərhəddə yerləşən Tayhat, Merc və Ramim hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücumların təşkil edildiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasında gedən qarşıdurmalarda 76 "Hizbullah" üzvü və 6 İsrail əsgəri həlak olub.

Milli.Az


Etiketlər:  Hizbullah üç İsrail hərbi məntəqəsinə hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ