Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 20:39
İrəvan hakimiyyətinin yeritdiyi siyasət Ermənistanı təhlükə altında qoyur. Bu siyasi xətti, belə demək mümkünsə, onların siyasi savadsızlığı müəyyən edir. İrəvan hakimiyyətinin addımlarının Ermənistan üçün tam fəlakətə gətirib çıxaracağı faktdır, bunu başa düşmək üçün ağıllı olmaq lazım deyil. Bu adamların siyasi hiylələri Ermənistanı bölgədə tək qoyub və hazırda onun regionda müttəfiqi yoxdur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
"Bakının siyasətinə gəlincə, o, Qərb platformalarında istədiyini aldı - Qarabağ məsələsini bağladı. Azərbaycan və Qərb sıx tellərlə bağlıdır. Məhz bunun əsasında Bakı bilir ki, hazırki bəyanatları Qərbdə həzm olunacaq. Bakı öz yeni gündəmini Qərbə diktə etmək istəyir. Və buna nail olsa, o zaman Azərbaycan hakimiyyəti Qərbə gedəcək və maraqlandıqlarını alacaq. Biz gördük ki, Bakı son illər böyük uğurlar qazanıb. Üç il ərzində müxtəlif siyasi manevrlər nəticəsində Azərbaycan Qarabağ məsələsini bağlaya bildi. Bundan sonra İranla gərginlik yarandı və son aylarda bu problemi də həll etməyə çalışır. Azərbaycan Qərbə Paşinyan kimi məcbur deyil, öz gündəmi ilə getmək istəyir. Paşinyan nə edir? Ora-bura gedir, müəyyən qərarlar vermək məcburiyyətində qalır, hər şeylə razılaşır, sonra parlamentə gəlib qəhrəmanlıq simasını təqdim etməyə başlayır. İrəvandan fərqli olaraq, Bakının dəqiq siyasəti var və Azərbaycan peşəkar, bir-birini tamamlayan siyasət həyata keçirir. Əgər Bakı bu və ya digər platformada görünürsə, qarşıya qoyulan vəzifələri həll etmək iqtidarındadır. Bakı öz siyasəti nəticəsində Qərbdən nəsə əldə etsə, həmin Qərb Paşinyanın qulağından tutub Brüsselə gətirib Azərbaycanın istədiyinə imza atmağa məcbur edəcək. Belə olan halda, İran və Rusiya ilə münasibətləri korlayan Paşinyanın başqa yolu qalmayacaq", - o bildirib.