Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərvin Abıyeva əməliyyat olunub

Pərvin Abıyeva əməliyyat olunub

Tarix: 17 Noyabr 2023 23:28

Aktrisa Pərvin Abıyeva Türkiyədə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Fotosunu izləyiciləri ilə bölüşən aktrisa səhhəti ilə bağlı məlumat verməyib.

P.Abıyeva səhhəti ilə bağlı açıqlama yayıb.

O, əməliyyat olunduğunu bildirib:

"Əslində sevmirəm özümü aciz göstərməyi. Amma bundan əvvəl xəstəxanadan olan paylaşımı sırf bəzi "İllərin rəfiqələri", "İllərin dostları"nı yoxlamaq üçün bölüşdüm. Düşündüm ki, bəlkə də xəbərləri yoxdur, görüb şəfa diləyərlər. Amma yox. Ay sizi saxta rəfiqələr, dostlar... Onu da qeyd edim ki, heç bir plastik əməliyyat yoxdur. Mədə, qida borusu əməliyyatıdır. Allaha çox şükür bunu da geridə qoydum. Amma siz heç vaxt məni təəccübləndirmirsiniz, mənim gözəl rəfiqələrim".


Etiketlər:  Pərvin Abıyeva əməliyyat olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ