Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 00:02
Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski tutduğu vəzifədən azad edilib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Onun işdən çıxarılma səbəbi açıqlanmır.
A.Tarasovski 2022-ci ilin yanvarından Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, Ukraynanın Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətində, həmçinin Xarici Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.