Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 19:30
Klip rejissorluğu ilə vidalaşan Kənan MM yeni açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, o, Xalq artisti Aygün Kazımova üçün klip çəkilişi olarsa, yenidən kamera arxasına keçə biləcəyini deyib.
O, bu haqda "Xəbərin var?" səhər şousunda açıqlama verib. Rejissor əlavə edib ki, Kazımova ilə reklam çəkilişi zamanı bir araya gəlsə də, ona klip çəkmək ən böyük arzusudur.