Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 08:14
"FourFourTwo" nəşri 2000-ci illərin ən yaxşı yarımmüdafiəçilərinin adını açıqlayıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu başçılıq edir.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 38 yaşlı futbolçu sabiq baş məşqçisi Zinəddin Zidan və komanda yoldaşı Kakanı qabaqlayıb. Fransalı mütəxəssis 2000-ci ildən bəri ən yaxşı ikinci, braziliyalı isə üçüncü yarımmüdafiəçi seçilib.
Xavi, Andrea Pirlo, Andres İnyesta, Luiş Fiqu, Pavel Nedved, Deku, Frenk Lempard, Stiven Cerrard, Serxio Buskets, Mixael Ballak, Pol Skoulz, Sesk Fabreqas, Cennaro Qattuzo, Rayan Giqqz, Qaiska Mendyeta, Devid Bekhem və Aryen Robben ilk "20-lik"də müvafiq yerləri tutublar.