Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3:0 qalib gələn millinin baş məşqçisi istefa verdi

3:0 qalib gələn millinin baş məşqçisi istefa verdi

Tarix: 21 Noyabr 2023 11:10

Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi postundan ayrılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, sözügedən ölkənin seçməsi Avropa çempionatının son oyununda moldovalıları böyük hesabla (3:0) məğlub etsə də, 2018-ci ildən Çexiya yığmasını çalışdıran Yaroslav Şilqavi istefaya getmək qərarına gəlib.

O, qərarını matçdan əvvəl verdiyini belə izah edib:

"Hazırda xoşbəxt olsam da, qərar matçdan əvvəl verilib. Təzyiq çox yüksək idi - həddindən artıq. Mən həmişə bu təzyiqi başa düşə bilmirdim".

Şilqavi Çexiya millisinin sükanı arxasında 56 görüş keçirib - o, 26 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub.

Milli.Az


Etiketlər:  30 qalib gələn millinin baş məşqçisi istefa verdi


RƏYLƏR