Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ev mənimdir, istəsəm sataram...'' - Rəmişin xanımı

''Ev mənimdir, istəsəm sataram...'' - Rəmişin xanımı

Tarix: 21 Noyabr 2023 13:05

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünün musiqiçidən qalan evi satması ilə bağlı xəbər yayılıb. 

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı Gülü axşam.az-a açıqlama verib. O bildirib ki, yayılan xəbərlər onu narahat edib:

"Məndən nə istəyirlər? Gecə səhərə kimi yatmamışam. Niyə yazırlar ki, Gülü ev satır? Ev mənimdir, istəyərəm sataram, istəmərəm saxlayaram. Mənimlə birlikdə ev almısınız? Rəmiş evi mənə hədiyyə edib, heç kimin də bu mənzildə nəyəsə ixtiyarı yoxdur. Bu evi Prezident Rəmişə bağışlayıb, o da mənə. Rəmiş 6 il dəniz kənarında maşında yatanda, evsiz qalanda kimsə demədi ona ev verək. Mən bunun üçün əlləşdim. İndi Rəmişin evinin satılması ilə niyə maraqlanırlar? Heç bir ev də satmıram, niyə satım? Yaxşı ki, yazmırlar "Gülü ikinci dəfə ərə getdi". Yaşlı adamam, süpürgəçi işləyib, başımı dolandırıram. Mənim heç kimim yoxdur: nə qohumum, nə övladım var. Günümü sayıram ki, Rəmişin yanına tez gedim. Mənə zəng etməsinlər, unutsunlar məni. Müğənni deyiləm ki, adımı nədəsə hallandırsınlar. Rəmiş öldü, bitdi getdi. Gülüdən yazmaq lazım deyil".

Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib. 


Etiketlər:  mənimdir istəsəm sataram Rəmişin xanımı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ