Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messinin arvadının mağazası qarət edildi

Messinin arvadının mağazası qarət edildi

Tarix: 23 Noyabr 2023 10:04

Argentinanın Rosario şəhərində yerləşən və Lionel Messinin həyat yoldaşı Antonela Rokutsoya məxsus olan supermarket qarət edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hücum supermarketdən banka 22,4 min dollar aparan avtomobilə edilib.

Belə ki, avtomobildən düşən iki nəfər qara rəngli "Chevrolet" markalı avtomobilin şüşələrindən birini sındırıb. Həmin vaxt "Chevrolet" markalı avtomobildə Antonellanın əmisi qızı və supermarketin iki işçisi olub. 

Soyğunçular pulla dolu iki çantanı götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.

Zərərçəkənlərin yüngül qançırlar aldığı və şok vəziyyətində olduqları bildirilir.

Artıq hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir. Hələlik cinayəti kimin törətdiyinə dair məlumat yoxdur.


Etiketlər:  Messinin arvadının mağazası qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ