Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 10:08
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,56 ABŞ dolları və ya 3% azalaraq 83,17 ABŞ dollarına enib.
Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.