Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 13:22
"Rusiya Azərbaycana görə pulunu ödədəyimiz silahları Ermənistana vermir".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyan çıxış edib.
Melkonyan bildirib ki, Ermənistan KTMT-nin üzvü olsa da, bu təşkilat əvvəldən pulunu ödədəyimiz silahı vermir.
"İndim nə ödədiyimiz pulu qaytarırlar, nə də silahları verirlər. Fikrimcə, Azərbaycan bunu istəmədiyi üçün KTMT belə mövqe sərgiləyir", - Paşinyanın deputatı iddia edir.
Əslində bu iddialarla Ermənistanın KTMT-dən uzaqlaşmasına ictimai dəstək əldə etməyə çalışırlar. Lakin Melkonyanın açıqlamasında diqqətçəkən məqamlardan biri "İsgəndər" sistemləri ilə bağlı dedikləridir.
"Əvvəllər biabırçı vəziyyət var idi. Bizdən tələb edirdilər ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya da köhnə silahları verirdi. 2022-2004-cü illərdə xidmətdə olduğum vaxt hərbi texnikanı aldıqdan sonra onun təmir edilməsi üçün də pul ödəyirdik. Sarkisyanın dövründə "İsgəndər"lər verdilər, sevindik, amma sonra gördük ki, bunun adi maketdən fərqi yoxdur", - o deyib.