Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Verilişdə meyxanaçı ekspertə hücum etdi - VİDEO

Verilişdə meyxanaçı ekspertə hücum etdi - VİDEO

Tarix: 23 Noyabr 2023 15:00

"Space TV"də yayımlanan "Gəl danış" verilişində gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında mübahisə düşüb.

Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb. 

Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.

Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi" verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən" proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü. 

Milli.Az


Etiketlər:  Verilişdə meyxanaçı ekspertə hücum etdi VİDEO


RƏYLƏR