Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 16:30
Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması nəzərdə tutulur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcəri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılır.
Ətraflı: