Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə yoluxan Sevda Əliqızıdan ilk açıqlama

Xərçəngə yoluxan Sevda Əliqızıdan ilk açıqlama

Tarix: 23 Noyabr 2023 16:35

"Hələ müalicəyə başlamamışam. Bir sıra müayinələrdən keçdim. Sabah Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçəcəyəm. Mamoqrafiya və biopsiya müayinələri etdirdim.

Biopsiyada biraz xoşaqəlməyən bir şey (süd vəzinin onkoloji xəstəliyi nəzərdə tutur - red.) üzə çıxdı. İkinci dəfə təkrar baxdılar dedilər ki, hər şey normaldır. Yəni xəstəlik müalicə yönümlüdür". 

Milli.Az bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı Bizim.Media-nin əməkdaşı ilə söhbətində deyib. 

Müayinələr zamanı süd vəzinin onkoloji xəstəliyi diaqnozu qoyulan sənətçi yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb: 

"Qan analizi verdim. Şükürlər olsun ki, qan analizim yaxşı çıxdı. Gələn həftə inşallah əməliyyatım planlaşdırılır. Əməliyyatım isə həkimim onkoloq-cərrah tərəfindən icra olunacaq". 

Daha əvvəl ürəyinə 4 "stend" qoyulduğunu söylərən Sevda son günlər təngənəfəsliyinin artdığını və bununla bağlı həkimə müraciət etdiyini də söyləyib: 

"Şükürlər olsun ki, ağrılarım yoxdur. Sadəcə biopsiya olunan yer məni bir az narahat edir. Cüzi ağrılar olur. Bir də tənqənəfəsliyim çoxalıb. Ürəyimdə dörd "stend" var. Bir neçə gün əvvəl bununla bağlı kordioloq həkimimlə görüşüb, danışdım. Söylədi ki, hər şey yaxşıdır. Heç bir problem yoxdur. Əməliyyat da oluna bilərəm. Qorxulu bir şey yoxdur. Çünki ürəyimə görə, narahat idim. Amma həkimim söylədi ki, narahatçılığa heç bir əsas yoxdur".

S.Əliqızı əməliyyatdan qorxmadığını dilə gətirib: 

"Əməliyyatla bağlı heç bir qorxum, narahatçılığım yoxdur. Özümü yaxşı hiss edirəm. Dərdi verən də, dərmanı verən də Allahdır! Qoy hamıya kömək olsun, biz də onun içində". 

Qeyd edək ki, bu gün "Elgizlə izlə" ictimai-sosial verilişin canlı efirində Əməkdar artist Sevda Əliqızının süd vəzinin onkoloji xəstəliyi diaqnozu qoyulduğu açıqlanıb. Müğənni bununla bağlı sözügedən proqramın canlı efirinə çıxaraq, məlumatı təsdiqləyib.

Milli.Az


Etiketlər:  Xərçəngə yoluxan Sevda Əliqızıdan açıqlama


RƏYLƏR